22.11.2024, 10:39
AZ EN
22.02.2024, 11:55 314

Ermənistanda yerliçilik dərinləşir

XƏBƏRLƏR

"Hraparak"ın bu gün paylaşdığı "Bu qaraçılar deyəcək ki, əştərəklinin İrəvandan tələb etməyə nə haqqı var?" başlıqlı məqalədə Ermənistanda yerliçilikdən, xüsusilə  ermənistanlı - "arsaxlı" qarşıdurmasından bəhs olunur. Müxbir bu məsələ ilə bağlı ictimai fəal, Qarabağdan köçən Tatevik Virabyan və rejissor Arşak Zakaryanla söhbət edib. Təxəllüsü Tatev Arsax olan Tatevik Virabyan deyib ki, Qarabağdan gələnlərin hüququndan söhbət gedəndə yaxşı olar ki, yerlilər öz ağızlarını bağlasınlar ki, səsləri və dedikləri içlərində qalsın. Bu hakimiyyətdən tələb etməli çox şey var. Axı "arsaxlılar" məhz indiki hakimiyyətin savadsızlığı, qorxaqlığı nəticəsində Ermənistana gəliblər. Söhbət zamanı Tatevikin dediyi "arsaxlıların əleyhinə danışanlar qaraçı olanlardır"  sözləri isə bir tarixi həqiqətin - ermənilərin həm də Hindistandan qovulmuş qaraçı soyundan olduğunun sübutudur.

Rejissor Arşak Zakaryan isə deyib ki, bütün səhvlər ermənistanlı, "arsaxlı" ayrı seçkiliyindən əmələ gəlir. "Arsax xalqı" adlı etnos olmayıb və yoxdur da. Onları bu cür adlandıranlar mənşəcə qaraçılardır. Ermənistan hər bir erməninin vətənidir və hər kəs vətənində özünə yurd salmaq istəyirsə bu istək həyata keçməlidir.

O, daha sonra bildirib ki, əgər ermənistanlı - "arsaxlı" qarşıdurması belə davam edərsə burada nə ermənistanlı, nə də "arsaxlı" qalacaq.

Nə deyirik, təki belə olsun!

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR