20.04.2025, 06:21
AZ EN
22.02.2024, 10:57 247

Ermənilər yeni bacı axtarışına çıxıb

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Hayk Gevorkyan "Özümüz sussaq başqalarından necə tələb edərik" başlıqlı məqalədə fevralın 20-də Azadlıq meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyadan yazıb. Qeyd olunur ki, "Qarabağ hərəkatının" 36 illiyinə həsr olunmuş bu aksiyada "Birlikdə" hərəkatı "Nikol Paşinyanın istefasını tələb edirik", "arsax hərəkatı davam edir" sözləri yazılmış plakatlarla kifayətlənməyərək aksiya iştirakçılarına "Paşinyanın istefa verməsinin 100 səbəbi" adlı  kitabçalar da paylayıb. Həmin kitabçada o da yazılıb ki, hələ 1998-ci ildə N.Paşinyan işlədiyi "Molorok" qəzetində Sumqayıt, Fərqanə, Tbilisi, həmçinin 1990-cı ildə Bakıdakı  hadisələrinin məhz Moskvanın əli ilə törədildiyi barədə dəfələrlə məqalə yazıb. Paşinyanın 44 günlük müharibədə və 1 günlük lokal antiterror əməliyyatındakı məğlubiyyətə görə "xain, satqın, torpaq verən" kimi xarakterizə olunduğu kitabçada yazılanları oxuduqca belə görünür ki, o, hakimiyyətə məhz öz məqalələrinin yaratdığı imic sayəsində gəlib.

Sözügedən aksiyada çıxış edənlər bildiriblər ki, 90-cı illərin "uğurunu təmin etmək üçün" yeni müttəfiqlər də tapmaq üçün iş aparılmalıdır. Bu isə deməyə əsas verir ki, haylar özlərinə yeni bacılar axtarışını davam etdirirlər.

N.Qaramanlı

Oxşar xəbərlər