"Hraparak" xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan iyunun 23-də Ermənistan-Kanzas əməkdaşlığının 20 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Ermənistana gələn ABŞ-ın Kanzas ştatının rəhbəri Lora Keliin və adyutant-general, milli qvardiyanın komandiri,briqada generalı Maykl Venerdini qəbul edib. Görüşdə Ermənistan müdafiə nazirinin ötən ilin sentyabrında Kanzas ştatına işgüzar səfərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişi və yeni istiqamətlər barədə fikir mübadiləsi aparılıb. Qərara alınıb ki,yeni istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq da davam etdirilsin.
Nəsib