Media şirkətlər qrupu yazıb ki, dünən hökumətin iclasında baş nazir vəzifəsini qamarlamış Nikol Paşinyan Ermənistana xarici havadarlar dəstək verməsinə baxmayaraq guya Azərbaycanın yeni müharibəyə cəhd etdiyini bildirib. Bununla bağlı A.Çələbyan xatırladıb ki, rəngləri qarışdırmayaq, hələ 2020-ci il sentyabrın 28-də Paşinyan parlamentdə çıxışında "nə olsa da biz özümüzü məğlub hesab etməyəcəyik", - deyə uzun-uzadılması danışmışdı. Emənistan hökuməti müharibəni dayandırmaq, yaxud qalib gəlmək üçün heç nə edə bilmədi və buna qadir deyildi. Düşmən isə öz gücü və siyasəti ilə çox şeyə, nəhayət Qarabağa sahib oldu deyə o, Ermənistanın indi də qələbə çalmaq şansının olmadığını, amma həmişə özünü məğlub olmayan tərəf kimi göstərməyə cəhd etdiyini sağlam təfəkkürdən uzaq hal adlandırıb. Sonda isə bildirib ki, kimlərinsə verdiyi vədlərə inanıb ölkəni müharibəyə apardıqdan sonra yenə məğlub olub amma "biz məğlub deyilik" deyəcək Paşinyan iqtidarı reallıqla barışmadığına görə istefaya getməlidir...
N.Qaramanlı