"Ordu.az"ın məlumatına görə Şiraz Xaçatryan 2022-ci ilin sentyabr döyüşləri zamanı məhv edilib, cəsədi mövqelərarası zonada qalıb.
Qohumları Şirazın meyitini videoregistratorlarla tapıblar, mütəmadi olaraq oğullarının cəsədinin necə sümüyə çevrildiyini izləyirlər.
Şirazın atası Hovik Xaçatryan bildirib ki, indiyədək heç bir dövlət qurumu onlarla əlaqə saxlamayıb, mütəmadi olaraq müxtəlif strukturlara zəng vururlar, amma nəticəsiz qalır.
“Bir-birlərinin üstünə atırlar, Qırmızı Xaça zəng edirəm, deyirlər Müdafiə Nazirliyi ilə əlaqə saxla, ora zəng edirəm, cavab vermirlər. Qaynar xəttə zəng edirəm, çox kobuddurlar, ağlamağım gəlir”, - deyə o qeyd edib.
Erməni jurnalistlər Baş nazir Nikol Paşinyana da Şiraz Xaçatryan haqda danışıb və Paşinyan məsələ ilə məşğul olacağına söz verib.
“Əsgər verdim, indi sümük də vermirlər. Bizə belə işgəncə verərlər? Biz yoxsulluq içində yaşayırıq, yaşayıb-yaşamadığımızı belə bilmirik. Nəvələrimin gözünə necə baxacağımı bilmirəm”, - deyə erməni hərbi qulluqçunun atası vurğulayıb.
O bildirib ki, güclü qar yağdığından axtarış əməliyyatları dayandırılıb, indi yazdır, lakin axtarış işlərinə başlanılmayıb.
Erməni hərbi qulluqçunun yoldaşları Xaçatryanlar ailəsinə bildiriblər ki, 12 əsgərdən yalnız Şiraz ölüb, qalanları döyüş meydanını tərk edə bilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ