08.09.2024, 05:39
AZ EN
12.02.2024, 10:12 266

Paşinyan NATO-ya üzvlüyü istisna etmir

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 11-də Britaniyanın The Teleqraph media qrupunun əməkdaşına verdiyi müsahibədə Azərbaycan-Ermənistan danışıqlarının gedişi barədə sualı cavablandırarkən növbəti böhtanlara rəvac verib. Deyib ki, sülh sazişinin imzalanması üçün gedən danışıqlar guya Azərbaycan tərəfinin istəyi ilə dəfələrlə təxirə salınır. Ermənustanın guya demokratik və sülhsevər olduğunu müxtəlif bayağı ifadələrlə sübut etməyə çalışan baş nazir Avropa İttifaqı və NATO ilə əlaqələrin yüksələn xətt üzrə olduğunu, yeri gələndə KTMT-dan çıxıb NATO-ya daxil olunacağını da istisna etməyib. Təhlükə baxımından Ermənistanın dünyada 7-ci sırada dayandığını və KTMT-nın bəzi sənədlərini imzalamadığını xüsusi vurğulayan erməni baş nazir bu addımı ilə də Qərbin diqtəsi ilə fəaliyyət göstərdiyini gizlədə bilməyib.

"Hraparak"ın məlumatına görə sözügedən müsahibə bu gün saat 21.50-də telekanallarda nümayiş olunacaq.

N.Qaramanlı

Oxşar xəbərlər