30.04.2025, 17:49
AZ EN
08.02.2023, 11:10 430

Ermənistan xilasedicilər işə başlayıb

XƏBƏRLƏR

Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayılmış xəbərin bir neçəsi qardaş Türkiyədəki zəlzələnin nəticəsində baş vermiş dağıntılar və axtarış xilasetmə işləri ilə bağlıdır. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan cənab R.T.Ərdoğana zəng edib başsağlığı verib və Ermənistanın axtarış xilasetmə dəstəsinin uçuşa hazır olduğunu bildirərək həmin xilasetmə dəstəsinin orada fəaliyyət göstərməsinə icazə verməyi xahiş edib. Ərdoğan bu təşəbbüsü iki ölkə arasındakı münasibətlərin normallaşması üçün gərəkli addım hesab etdiyini bildirib və ona təşəkkür edib. Türkiyə Böyük Millət Məclisinin üzvü erməni Karo Payyan fevralın 8-də öz FB səhifəsində sözügedən axtarış xilasetmə dəstəsinin artıq Türkiyədə olduğu və fəaliyyətə başlaması barədə paylaşım edib.

Ermənistan mətbuatı onu da bildirib ki, həmin dəstəni hava limanından daxili işlər naziri Vahe Qazaryan və xilasetmə xidmətinin rəhbəri – daxili işlər nazirinin müavini Kamo Çuğulyan yola salıb.

Nəsib

Oxşar xəbərlər