22.11.2024, 04:08
AZ EN
23.05.2024, 09:21 176

Ermənilər bir hissəsi Azərbaycana qaytarılan kəndə yeni yol çəkəcək

XƏBƏRLƏR
  • Sərhədlərin delimitasiyası üzrə razılaşmaya uyğun olaraq Ermənistan-Gürcüstan avtomobil yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılması ilə əlaqədar Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. O, bildirib ki, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Kirants kəndinə gedib-gəlmək üçün bundan sonra iki yol olacaq: “Çünki Kirants kəndinə aid ərazilərin bir hissəsi doğrudan da Azərbaycan torpağıdır və həmin ərazilər qaytarılmalıdır. Bundan sonra Kirants kəndinə çəkilən yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Yeni salınacaq yolun uzunluğu cəmi 750 metr olacaq və tikinti işlərinin yaxın iki ayda başa çatdırılması planlaşdırılır”.

Xatırladaq ki, delimitasiya prosesinin hazırkı mərhələsi başa çatandan sonra Ermənistandan Gürcüstana gedən yol Azərbaycanın nəzarətinə keçəcək. Rəsmi İrəvan bəyan edib ki, sərhəd komissiyalarının görüşündən sonra delimitasiya və demarkasiya ilə bağlı əldə olunan razılaşma Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsini zərurətə çevrilib. Alternativ yol çəkilişini Ermənistan hökuməti öz üzərinə götürüb. Belə ki, 2-3 ay ərzində H-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa gedən alternativ yol delimitasiya üzrə razılaşmanın tələblərinə uyğun olaraq yenidən qurulacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR