Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.
Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib. (Report)