10.06.2025, 01:40
AZ EN
27.12.2023, 13:37 319

Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində perspektiv görürük”

XƏBƏRLƏR
  • Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması perspektivini bu üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar çərçivəsində görür.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Moskva Cənubi Qafqaz regionunun rifahında maraqlıdır.

“Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində də ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qalxmasında və bu regionun zəngin potensialından istifadə edilməsində maraqlıyıq. Bunu digər məsələlərlə yanaşı, “3+3” məsləhətçi regional platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi asanlaşdıra bilər”, - M.Zaxarova vurğulayıb. (Report)

Oxşar xəbərlər