Bu fikirləri Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova sentyabrın 2-də Tbilisidə keçirilən Beynəlxalq Gənclər Forumunun "Mədəni diplomatiya" adlı panel müzakirələrində deyib.
O bildirib ki, bu da azərbaycanlıların narahatlığına səbəb olur: "Hətta, bir çox təhsil yerlərində ibadət otaqlarının olmaması da əsas qabardılan problemlərdən idi. Tbilisidə Azərbaycan gənclərinin bir yerə toplanması, asudə vaxtlarının səmərəli təşkili, ələlxüsus universitetə qəbul olub Gürcüstanın kənd və rayonlarından paytaxta gələn azərbaycanlıları bir araya gətirib cəmiyyətə inteqrasiyasına köməklik göstərmək məsələsində Azərbaycan dövləti mühüm işlər görür. Bir çox mərkəzlər, dərnək və birliklər açılır. Bu dərnəklərdən biri də Alyans Gənclər Mərkəzidir ki, burada Azərbaycan dili və tarixi, mədəniyyəti haqda geniş məlumatlar verilir, dərslər keçirilir".
L.Əmrahovanın sözlərinə görə, əsas məqsədləri xanımların cəmiyyətə inteqrasiyası, erkən nikahın qarşısını almaq üçün onların təhsilə və peşəyə yönəltməkdir: "Çünki, bir peşəsi olan qadın cəmiyyətə rahat inteqrasiya ola bilir. Dili də öyrətdiyimiz üçün azərbaycanlı xanımlar cəmiyyətdə özlərini sərbəst və rahat hiss etmiş olurlar. Azərbaycan mərkəzləri və dərnəkləri gürcü mərkəzləri və birlikləri ilə birgə layihələr həyata keçirir ki, azərbaycanlı və gürcü gənclər daha da yaxın olsunlar. Birgə muzeylərə gedilir, mədəniyyət tədbirləri həyata keçirilir. Azərbaycanlı tələbələr gürcü mətbəxi, gürcülər isə Azərbaycan mətbəxi ilə tanış olurlar. Ustad dərsləri təşkil edilir. Burada Azərbaycan mətbəxindən olan təamları gürcü tələbələr, gürcü mətbəxindən olan yeməkləri isə azərbaycanlılar hazırlayır. Milli musiqilərimiz onlara tanıdılır, dahi şəxsiyyətlərimiz haqda məlumatlar verilir". (Report)