08.09.2024, 07:30
AZ EN
06.06.2023, 15:12 254

Paşinyanın müavini Aİ nümayəndəsi ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə edib

XƏBƏRLƏR
  • Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 3 iyunda Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı hər 3 ölkənin Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti iclası konstruktiv şəraitdə keçib. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili istiqamətində konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub. (APA)

Oxşar xəbərlər