22.11.2024, 18:28
AZ EN
03.09.2024, 16:22 244

Ermənistanın sərhəddə basdırdığı minalardan özləri də zərər çəkir

XƏBƏRLƏR
  • Ermənistan Qarabağda olduğu kimi, Azərbaycanla sərhədi də kütləvi şəkildə minalayıb. Nəticədə hər iki tərəfdə hərbi və mülki şəxslər zərər görür.

Elə buna görədir ki, Ermənistanın Tavuş vilayətinin Voskepar kəndinin sakinlərinə məxsus 7 inək sərhəddə minaya düşüb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə “Üçbucaq” adlanan ərazidə baş verib. Həmin hissənin Ermənistanın ərazi bütövlüyünə daxil olduğu bildirilir.

Mal-qara sahiblərinə nə qədər ziyan dəydiyi hələlik bəlli deyil.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər