09.06.2025, 08:34
AZ EN
11.03.2024, 13:09 376

Ermənistanın gələcəyi sual altındadır

XƏBƏRLƏR

Ermənistanın "Alternativ seçkilər" qrupunun üzvü Vahe Hovhannisyan "Hraparak"ın bu günkü sayında yayılmış "Müxalifət yalnız yeni ictimai meyarla mövcud olmalıdır" başlıqlı məqaləsində bu qənaətə gəlib. O, yazır: "Şake İsayanın Press klubda sabiq baş nazir Hrant Bağratyanla müsahibəsindən dəhşətə gəldim. Bəli, mənə elə gəlir ki, bu ölkədə adam yoxdur, artıq ziyalı da, iqtisadçı da, həkim də yoxdur. Heç kəs də demir ki, bu ölkə artıq ölüb və ölkəyə ehtiyac da yoxdur", - deyən V.Hovhannisyan əlavə edib ki, bu ölkənin başında olan hakimiyyət düşmənin göstərişləri ilə hərəkət edir. Hakimiyyət təkcə özünü deyil, həm də bizi və ölkəni fəlakətə sürükləyir. Biz siyasətlə məşğul olmadığımıza görə dünənin tarixə dönmüş olaylarını siyasət kimi xatırlayırıq. Hətta bütün küçələr çala-çuxur olduğuna görə maşınlar da xarab olur.

Azərbaycanın öz torpaqlarını tələb etməsini də düşmən tələbi adlandıran bu erməni sonra yazısına əlavə edib ki, birləşib buna qarşı da çıxa bilmirik. Ona görə də ictimai mühit, siyasi gedişlər dəyişməlidir, müxalifət məhz yeni milli meyarlarla fəaliyyət göstərməlidir.

Özünü alternativ müxalifətdə görən V.Hovhannisyan yalnız şüurda yenilik olarsa, ölkəni düşdüyü bəladan xilas etməyin mümkünlüyünü bildirib.

Ermənilərin yeni ictimai və siyasi şüur yaratması isə mümkün deyil. Ən azı ona görə ki, onlar siyasi oyunlarda oyunçuya oyuncaq olmağa vərdişlidirlər və bu genlərindən gələn reallıqdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər