20.09.2024, 00:05
AZ EN
21.06.2024, 12:20 240

Ermənistan Fələstinin müstəqilliyini tanıdı

XƏBƏRLƏR
  • "Hraparak"ın elə indicə yaydığı xəbərdə deyilir ki, Ermənistanın xarici işlər nazirliyi Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı bəyanat verib.

Qeyd olunub ki, Qəzzada hərbi qarşıdurma nəticəsində baş vermiş humanitar fəlakət tezliklə təcili tədbirlər görülməsini tələb edir. Ermənistan respublikası hərbi əməliyyatların dayandırılmasının guya tərəfdarıdır və beynalxalq hüquq normalarını, millətlərin özünütəyin prinsiplərini əsas tutaraq Fələstinin dövlət müstəqilliyini rəsmən tanıdığını bəyan edir və bu dövlətlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməkdə maraqlıdır.

Yerigəlmişkən, xatırladaq ki, Fələstin muxtariyyətinin rəhbərləri daim "arsax" separatçılarını dəstəkləyib və onlara həm də canlı qüvvə ilə yardım etmələri barədə real faktlar vardır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR