Qeyd edilir ki, 44 günlük müharibədən sonra tərəflər arasında delimitasiya və demarkasiyası haqqında çoxsaylı görüşlər olsa da məsələ tam həllini tapmayıb. Bu işdə daha çox Azərbaycanı günahlandıran diplomat erməni xisləti ilə yeni yalanlar da uydurur. Azərbaycanın erməni təxribatlarına qətiyyətli cavabını savadsızcasına dəyərləndirən V.Melikyan özü kimi mövqedə olan ekspert Vitali Manqasaryana istinad həyasızcasına əlavə edib ki, bu ilin noyabrında yeni müharibə qaçılmazdır. O, daha sonra əlavə edib ki, bu müharibədə də Azərbaycan qalib gələcək və Ermənistan onun bütün tələblərini qeyd-şərtsiz yerinə yetirəcəkdir. Əgər belə olarsa, Azərbaycanın sülhsevərliyinə həmişə çirkin məqsədi ilə cavab verən "Ermənistanın dövlətçiliyi də sual altında olacaqdır"- deyə o sonda vurğulayıb.
N.Qaramanlı