- Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Царьград" televiziya kanalına verdiyi müsahibəsində deyib ki, KTMT Ermənistana kömək etməyə hazır idi."Biz kömək etməyə hazır idik. 2022-ci ilin payızında İrəvandakı zirvə toplantısında Ermənistanın ərazisində erməni müttəfiqlərimizin razılığı əsasında KTMT-nın müşahidə missiyasının yerləşdirilməsi üçün sənəd hazırlanmışdı. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılmışdı. Son anda məhz zirvə toplantısında erməni yoldaşlar xahiş etdilər ki, sənədin imzalanmasının vaxtı uzadılsın. İndiyədək də həmin mətn kağız şəklində qalır və icra edilə bilməz.
Əgər razılaşdırılmış həmin sənədi Ermənistan təsdiq etsə və imzalasa idi, əminəm ki, Ermənistan udardı və daha möhkəm status əldə edərdi", - deyə o Ermənistanın hakimiyyətini qınayıb.
O, daha sonra qeyd edib ki, ABŞ-da ermənilər deyirlər ki, çıxarın, gələk sərhədlərinizi də, təhlükəsizliyinizi də qoruyaq. “Bu isə açıq-aşkar təxribatdır, diplomatiya deyil”, - deyə S.Lavrov ermənilərin təxribatçı olduqlarını dolayısı ilə təsdiqləyib.
Xəbəri "Hraparak" yayıb.
N.Qaramanlı