18.10.2024, 08:39
AZ EN
05.07.2023, 11:41 299

Katalikos iki cavan qadınla Hindistandadır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Areq Markaryan yazır ki, bütün ermənilərin katalikosu İkinci Qaregin iyunun 27-də bir keşişin və iki cavan qadının müşayiəti ilə bir həftəlik Hindistana və Tailanda səfər edib, amma vaxt tamam olsa da hələ də qayıtmayıb.

Müxbir səfərin niyə uzandığı ilə maraqlanıb. Eçmiədzindən bildiriblər ki, dəqiq məlumat yoxdur. İki cavan qadın barədə yayılan söz-söhbətin isə heç bir əsası yoxdur. Həmin qadınlar katalikosun köməkçiləridir və din xadimləri üçün tikiləcək paltarlara parça seçməyə gediblər. Bu cavab müxbiri qane etməyib. O, sətiraltı ifadələrlə katalikosun həmin qadınlarla istirahət etdiyini bildirib.

Nəsib

Oxşar xəbərlər