07.05.2025, 09:51
AZ EN
19.06.2023, 12:01 303

İranın sabiq prezidentinə qarşı cinayət işi açılıb

XƏBƏRLƏR

"Hraparak" İran mətbuatında yayılan xəbərlərə istinadən yazıb ki, İran İslam Respublikasının sabiq prezidenti Həsən Ruhaniyə qarşı cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb. Agentlik yazır ki, bu barədə İran İslam Məclisinin (parlament) üzvü Nəsrulla Pejmanfar məlumat verib. Onun sözlərinə görə, sabiq prezidentin 700 min vəsaiti mənimsəməsi ilə bağlı prokurorluğa sənəd göndərilib. Qeyd olunur ki, iddia öz təsdiqini taparsa məhkəmə ya həbs, ya da digər cəza növü barədə qərar qəbul edəcək.

Həsən Ruhani fond vəsaitinin digər məqsədlər üçün xərclənməsinə görə ittiham edilir.

Nəsib

Oxşar xəbərlər