O, daha sonra yazır ki, hüquq mühafizə orqanları da uşaqlarla, yeniyetmələrlə lazımi iş aparmır. Bəzən ağıllı ilə yekəxana, lovğa olanlar arasında fərq qoyulmur. Yüksək mənsəblərdə olanların övladları istədiklərini edirlər, müharibədə həlak olanların ailələrinə isə yuxarıdan aşağı baxılır. Qayane Hakopyanın baş nazirin oğlunu maşına dəvət etməsini adam oğurluğuna cəhd kimi sənədləşdirib barəsində həbs qətimkan tədbiri seçilməsini də qınayan müxalif qaynana ləqəbli baş redaktor vaxtilə Qarabağ separatçılarına Rusiyadan gizli yolla silah-sursat gətirən David Qalustyanın və ermənilərin milli qəhrəmanı Andranik Piloyanın da indi məhbus həyatı yaşamasını ölkədəki qeyri-səmimiliyin örnəyi kimi qəbul edən A.Ohanyanın gəldiyi qənaətə görə, hayların belə davranışları cəmiyyəti getdikcə daha da qeyri-səmimi olmağa vadar edir.
Nəsib Qaramanlı