20.02.2026, 13:02
AZ EN
20.02.2026, 10:47 9

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib

XƏBƏRLƏR
  • UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

"Qarabağ" son matçda Bakıda "Nyukasl"a (İngiltərə) 1:6 hesabı ilə məğlub olduqdan sonra ölkəmiz 27-ci yerdə qərarlaşıb.

Azərbaycan hazırda 22.937 xala malikdir. 28-ci sıradakı Rusiyanın 22.632 əmsalı var.

Qeyd edək ki, siyahıya İngiltərə (112.352) başçılıq edir. (Report)

Oxşar xəbərlər