Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. (Report)