25.04.2025, 16:26
AZ EN
04.12.2024, 09:28 394

Bu gün şəhid Şükran Şüküraninin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Şükran Rüfət oğlu Şüküraninin doğum günüdür. O, 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 Şükran Şükürani oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü" və

"Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şükran balamz!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR