“Vətən səsi” xatırladır ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğal olunarkən 712-ci taborun “Taxtadüz”, “Zəylik” və “Ağduzdağ” sərhəd zastavalarında müdafiədə dayannan şəxsi heyəti mühasirədə qalmışdı. Ümumi sayı 80 nəfərə yaxın olan həmin əsgər və zabitlər Ermənistan silahlı qüvvələrinin Laçın və Ağdərə istiqamətindən hücum edərək rayonu işğal etməsindən yalnız aprelin 2-də günorta saatlarında xəbər tutub. Mühasirəni yararaq Murov aşırımı istiqamətində irəliyən əsgər və zabitlər “Meydançay” yaxınlığında işğalçı ordunun qəfil hücumuna məruz qalmışdı. Qeyri-bərabər döyüş zamanı şəxsi heyət ağır itkilər hesabına mühasirəni yararaq Goranboy istiqamətinə çıxmaqla xilas ola bilmişdi. Həmin döyüşün gedişində 712-ci taborun şəxsi heyətindən biri baş leytenant (Əhmədov Ramiz Əkrəm oğlu) 12 nəfər şəhid olub və ya itkin düşüb. İndiyədək həmin şəxslərdən yalnız birinin - Kərimov Şahin Heydər oğlunun nəşi tapılaraq ailəsinə təhvil verilib. Onun 33 il sonra Murovun ətəklərində aşkarlanmış qalıqları 19 fevral 2026-cı il tarixdə Mingəçevir şəhərində torpağa basdırılıb.
Həmin tarixədək “Kəlbəcər batalyonu”nun itkin hesab olunan əsgər və zabitləri aşağıdakılardır:
| № |
Soyadı, adı, atasının adı |
Qeydiyyat ünvanı |
Təvəllüdü |
|
1. |
Əhmədov Ramiz Əkrəm oğlu |
İsmayıllı, Talıstan k. |
1960 |
|
2. |
Məhərrəmov İlqar Nurəddin oğlu |
Goranboy, Safıkürd k. |
1960 |
|
3. |
Abdullayev Etibar Əyyub oğlu |
Kəlbəcər şəhəri |
1973 |
|
4. |
Məmmədov Əli Kamran oğlu |
Kəlbəcər, Zallar kəndi |
|
|
5. |
Quliyev Əkbər Ocaqverdi oğlu |
Kəlbəcər, Bəzirxana k. |
1973 |
|
6. |
Bayramov Qaryağdı Haqverdi oğlu |
Kəlbəcər, Bəzirxana k. |
1973 |
|
7. |
Şamilov Rafiq Tahar oğlu |
Kəlbəcər, İstisu qəs. |
1974 |
|
8. |
Kərimov Şahin Heydər oğlu |
Mingəçevir şəhəri |
1973 |
|
9. |
Hacıyev Mürvət İzzət oğlu |
Kəlbəcər, Nadirxanlı |
1974 |
|
10. |
Dünyamalıyev Əfqan Hacıbaba oğlu |
Kəlbəcər, Dunyamalılar |
1973 |
|
11. |
Nəcəfov Fazil Səfiyar oğlu |
Kəlbəcər, Dunyamalılar |
1974 |
|
12. |
Bəxtiyarov Qahir İsgəndər oğlu |
Kəlbəcər, Nadirxanlı kəndi |
1973 |
Elxan SALAHOV