20.02.2026, 13:05
AZ EN
20.02.2026, 11:06 48

I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov Lökbatanda dəfn olunub

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindənki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. (Report)

Oxşar xəbərlər