2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kənan könüllü olaraq ordu sıralarına yazılıb. 2020-ci il sentyabrın 21-dən təlimlərə cəlb olunub və müharibənin ilk günündən döyüşlərə qatılıb.
Döyüşlərdə mərdlik göstərən əsgər Kənan Məmmədov 2020-ci il oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 30-da böyük bir izdiham və ehtiramla dogma Xosrov kəndində torpağa tapşırılıb.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Məmmədov Kənan Bəhruz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə ” medalları ilə təltif edilib.
Ot kökü üstə bitər, deyirlər. Kənanın atas Bəhruz Məmmədov da Birinci Qarabağ Müharibəsində mərdliklə vuruşub, qazi olub. Əmisi isə həmin müharibədə itkin düşüb.
Şəhidimizin atası deyir ki, Bəhruz gülərüz, şən, mehriban uşaq olub, ata-anasını çox sevərmiş. Amma görünür Vətəni hər kəsdən daha çox sevirmiş oğlum. Deyirdi ki, torpaqlarımızı düşməndən azad etməliyik, bu yarım qalmış işi tamamlamalıyıq və zəfər çalmalıyıq. Şükür, oğlumun qanı yerdə qalmadı. Oğullarımız Zəfər qazandılar.
Şəhidimizin anası da övladından böyük bir həyəcanla danışır. Deyir ki, ata-ana, qardaş itirmişəm. Amma övlad itkisi başqa şeydi. Allah heç kəsə göstərməsin. Ana danışır ki, Bəhruz min bir həsrətlə dünyaya gəlib. Gəlişini xeyli gözləyiblər, qurbanlar deyilib. Deyir, gec açdı, tez soldu, balam…
Çəkdiyi acılarla bərabər Məmmədovlar ailəsi dogma övladları ilə qürur duyurlar.
Bütün Azərbaycan Şəhidlərimizlə qürur duyur, onların adı Şanlı Zəfər tariximizə qızıl hərflərlə yazılıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Kənan balamız!
Mina RƏŞİD