08.09.2024, 07:47
AZ EN
15.03.2024, 08:29 292

Laçınlılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirmişlər

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar  ölkəmizin bütün bölgələrində olduğu kimi  laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü  ərazisində də  mövsümi ağacəkmə aksiyası keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu, Taxta körpü qəsəbəsi  ərazisində inşa olunmuş yeni istirahət parkında  keçirilən ağacəkmə aksiyasında  Laçın Rayon İcra Hakimiyyəinin başçısı Aqil Nəzərli, aparatın məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanları və idarə, müəssisə rəhbərləri, YAP Laçın rayon fəalları,   çoxsaylı qəsəbə sakinləri iştirak etmişlər.

Ümumilikdə aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq  450 ədəd Eldar  şamı və digər ağaclar əkilərək  suvarılmış və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Eyni zamanda aksiya çərçivəsində ərazidə böyüyən 270-dən çox ağaca qulluq edilmişdir.

Ağacəkmə aksiyasının keçirilməsində   məqsəd məcburi  köçkünlərin məskunlaşdığı  ərazidə  ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ərazidə yaşıllıq zolaqlarını daha da genişləndirmək,  insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər