31.07.2025, 22:30
AZ EN
19.10.2023, 09:00 398

18 yaşlı qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri, əsgər Vüsal Azər oğlu Güləliyevin doğum günüdür. O, 2001-ci il oktyabrın 19-da Siyəzən rayonunda anadan olub. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri Vüsal Güləliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. O, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında mərdliklə savaşıb.

İgid əsgər Vüsal Güləliyev oktyabrın 29-da Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. 

Şəhidimiz böyük izdiham və ehtiramla Siyəzən rayonunda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün nəinki doğmaları, bütün Azərbaycan 18 yaşlı qəhrəman Vüsal Güləliyevlə qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Vüsal balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR