44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı ilə Azərbaycan dövləti birdir və bu birlik əbədidir, çünki bütün qələbələrin əsas yolu bu birlikdən keçir. Vətən müharibəsi həm də şəhid və qazilərimizə olan sonsuz sevgi və qayğını da yüksək insani hisslərə bərabərləşdirdi. 2023-cü il yanvarın 17-də AVMVİB Zəngilan rayon şöbəsinin bir qrup nümayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində müalicə alan 2-ci qrup müharibə əlilləri - Zakif Abbasov və Zülfü Həsənəliyevi ziyarət ediblər. Görüşdə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, şöbənin üzvü Əvəz Alməmmədov, şöbənin Fəxri üzvü, bəstəkar Fərahim Sadiq iştirak ediblər. Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, direktor müavini Vüsalə Kazımova, şöbə müdiri Pərvanə Useynova və başqaları ziyarətçilərlə görüşüb fikir mübadiləsi aparıblar. Qazilərimizə göstərdikləri xoş münasibət, diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
İsa Musayev