22.11.2024, 01:36
AZ EN
18.05.2024, 10:13 304

Qubadlının dahi təbibləri

XƏBƏRLƏR
  • Qubadlı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gündən etibarən “Qubadlının dahi təbibləri” adlı rubrikaya başlayır. Sözügedən rubrika çərçivəsində Qubadlı Rayon Mərkəzi Xəstəxanasında tibbin inkişafı üçün çalışmış təbiblər barədə məlumatlar verəcək.

Rubrikanın ilk təbiblərindən biri Ziyəddinov Mir Məhəmməd Mir Sədi oğludur.

Mir Məhəmməd Ağa 1946-cı ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olub. O, 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirib, elə həmin ildə Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1968-ci ildə institutun müalicə-profilaktika fakültəsini bitirib. Bir müddət Çardaxlı və Xocahan kəndlərindəki tibb müəssisələrinə rəhbərlik etdikdən sonra Qubadlı Rayon Mərkəzi Xəstəxanasında həkim-nevroloq kimi fəaliyyət göstərib. Mir Məhəmməd Ağa gözəl həkim, kəramətli seyid kimi təkcə Qubadlıda deyil, ətraf rayon və kəndlərdə də hamının hörmətini qazanmışdı. Onun amalı xalqına xidmət etmək, xeyirxah işlər görmək və qurub yaratmaq olub. O, Qubadlı rayonunda Bərgüşad çayının üzərində iki körpü salıb, Sarı Aşığın sevgilisi Yaxşının uçub dağılmaqda olan qəbrini düzəltdirib. Mir Məhəmməd Ağa da atası Mir Sədi Ağa kimi həmişə elinə-obasına sadiq olub, onların bütün problemlərinin həllində yaxından iştirak edib. Xeyirxah insan, istedadlı şair, gözəl ailə başçısı, sədaqətli dost və mehriban ata olan Mir Məhəmməd Ağa Mir Sədi Ağa oğlu çox gənc yaşında 1982-ci il may ayının 15-də dünyasını dəyişib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR