14.03.2025, 16:28
AZ EN
14.03.2025, 07:00 56

Gəncə şəhərində Kəlbəcər rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən, aparıcı məsləhətçi Nərmin Musayeva, Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov, sektor əməkdaşları, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.

Görüşdə məktəb rəhbərləri ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivə sənədi ilə bağlı məlumatlandırılıblar. Tədrisin keyfiyyəti, məktəb idarəetməsi, məktəb mühiti ilə bağlı monitorinq nəticələri təhlil olunub, fikir mübadiləsi aparılıb, müasir tədris metodlarının tətbiqinin zəruriliyi vurğulanıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin effektivliyinin artırılması üçün təkliflər verilib.

Görüş çərçivəsində həmçinin IV, VI siniflərdə keçiriləcək monitorinqlərə hazırlıq, Məktəblilərarası fənn müsabiqələri və Respublika fənn olimpiadaları ilə bağlı müzakirələr aparılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər