"Vətən səsi" xəbər verir ki, Birləşmiş Ştatlar lideri bunu dünən Vaşinqtonda Sülh Şurasının ilk iclasında bəyan edib. O, 1980-ci illərin axırlarında iki ölkə arasında başlanan münaqişənin 32 il davam etdiyini xatırladaraq deyib ki, ötən ilin avqustunda Vaşinqtonda kemirilən üçtərəfli görüşdən sonra Azərbaycanla Ermənistan arasında münaqişəyə birdəfəlik son qoyulub: "İki ölkə arasında 32 illik münaqişə vardı, buna 24 saat içində son qoyduq".
Donald Tramp İlham Əliyev və Nikol Paşinyana müraciət edərək, "Mən düşünürəm ki, siz artıq dostlaşmısınız", - deyə bildirib.
"Bu iki insan çox sərt adamdırlar və onlar arasında sülh yaratmaq elə də asan olmayıb. Mənim ofisimdə görüş başlayanda masanın əks istiqamətlərində əyləşmişdilər. Mən onlara yaxın oturmağa təklif etdim. Bir saatdan sonra yanbayan oturduq, əllər sıxıldı. İki ölkə arasında sülh yarandı. Mən bu günü heç zaman unutmayacam. Siz özünüzlə fəxr edə bilərsiniz. Çox gözəl nailiyyət ortaya qoymusunuz", - deyə Amerikanın Prezidenti Sülh Şurasının iclasına toplaşan liderlərlə ayaqüstü söhbət zamanı əlavə edib.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətindəki səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. O, da Bakı və İrəvan haqqında xoş sözlərini elə həmin yerdə - liderlərlə salamlaşarlən səsləndirib.
Elxan SALAHOV