20.02.2026, 14:12
AZ EN
20.02.2026, 12:12 50

33 il itkin düşən şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib

XƏBƏRLƏR
  • 33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olunub.

Z.Əhmədova Xocalı rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Z.Əhmədova 1938-ci il aprelin 1-də Xankəndidə anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüşdü. (Report)

Oxşar xəbərlər