Federasiyadan bildirilib ki, Azərbaycanın Malayziyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbir artıq üçüncü ildir ki, bütün şahmatçıların diqqətini cəlb edir.
Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Hər oyun üçün 15 dəqiqə vaxt və hər gedişə 10 saniyə əlavə vaxt veriləcək. Oyunlar şahmatın rapid növündə keçiriləcək. Turnir FİDE-nin rəsmi təqviminə daxil edilib.
Federasiya kişilərin açıq bölməsinin qalibinə 1000 və qadınlar bölməsinin qalibinə 800 olmaqla, 7500 Malayziya ringgiti məbləğində mükafat fondu ayırıb.
Həmçinin hər bölmədə 10 əsas mükafat və U-18, U-12 və 50 yaşdan yuxarı veteranlar, sağlamlıq imkanları məhdud olan oyunçular üçün əlavə mükafatlar oynanılacaq.
FİDE reytinqi 2100 və daha yüksək olan kişi, həmçinin reytinqi 1900 və daha yüksək olan qadın oyunçular turnirdə pulsuz iştirak etməyə dəvət olunurlar. (Report)