Bunu məxsusi açıqlamasında rusiyalı turist Antipov Andrey deyib.
“Formula-1 Azərbaycan Qran-Prisində hər şey yüksək səviyyədə təşkil olunub. Burada hər şey çox gözəldir. Bakının yolları isə çox yararlı və sürətlidir. Gələcəkdə yarışlar keçirilsə, yenə ölkənizə gələcəyəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, aprelin 30-da yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. (AZƏRTAC)