06.09.2025, 01:58
AZ EN
10.08.2024, 15:10 377

“Qarabağ” dünyada 34-cü pillədədir – Klubların reytinqi

XƏBƏRLƏR
  • Klubların futbol reytinqi açıqlanıb.

İFFHS-in siyahısında planetin ən güclü 503 klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunur. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 197,25 xala malik Qurban Qurbanovun yetirmələri dünyada 34-cüdür. Ağdam klubu 5 pillə irəliləyib.

81 addımlıq sıçrayış edən “Zirə” 76,25 xalla 280-cidir. “Sabah” üç pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya Madrid “Real”ı başçılıq edir – 371 xal. (Trend)

Oxşar xəbərlər