08.09.2024, 05:19
AZ EN
28.04.2023, 21:07 219

Baş Prokurorluq: Tərtərdə baş verən mina partlayışı ilə bağlı cinayət işi başlanıb

XƏBƏRLƏR
  • Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcəkdir.("Trend')

Oxşar xəbərlər