18.06.2025, 06:39
AZ EN
11.04.2023, 20:35 367

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafadandır

XƏBƏRLƏR
  • Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.

Qərb bürosunun məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.

Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.("Report")

Oxşar xəbərlər