22.11.2024, 00:15
AZ EN
30.09.2022, 14:30 191

Erməni uydurmasının daha bir hədəfi Qoşundaş abidəsidir

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan torpaqlarında tarixi qədim abidələr kifayət qədərdir.Bu abidələrə- məbədlər, kilsələr,  kurqanlar və digər tarixi tikililər aiddir. 5000 illik tarixi  olan abidələrdən biri də  Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində yerləşən  Qoşundaş abidəsidir.

Zəngəzurda neolit dövrünə aid olan, ermənilərin dünyaya erməni rəsədxanası kimi təqdim etdiyi Qoşundaş abidəsi Cənubi Qafqazın ən unikal arxeoloji meqalitik abidələrindən biridir. 1770 metr hündürlüyündəki dağ yaylasında 10 hektar sahəni əhatə edən Qoşundağ abidəsi 223 daşdan ibarətdir. Şaquli vəziyyətdə cərgə ilə düzüldüyünə görə “Qoşundaş” adlanır. Daşların hündürlüyü 1,5-2,2 metr,  eni 60-80 santimetrdir. Qeyd edək ki, Qərbi Azərbaycan türklərinin deportasiyasına qədər  həmin məkan məşhur ziyarətgahlardan biri olub. Yerli əhali bu adibə haqda müxtəlif rəvayətlər danışırlar.  Ən geniş yayılmış rəvayətdə isə deyilirdi ki, bu ərazidə vaxtilə çox nəhəng insanlar yaşayıblar. Onlar fövqəl gücə sahib olublar. Bu insanlar  Oğuz xalqının ulu babaları imişlər.

Ermənilər isə abidəni “Dik-dik karer”, yəni “Dik-dik daşlar”, “Zorats-karer”, yəni, “Daş qoşun” və ya  “Qoşunların daşı” adlandırıblar.

Ermənilər Qoşundaşı dünyaya qədim erməni rəsədxanası kimi təqdim etməyə çalışırlar. Lakin burda aparılan arxeoloji qazıntılar zamanı çox sayda insan sümüyü, məişət əşyaları,  döyüş ailətləri tapılıb. 

Qoşundaşın astronomiya ilə bağlılığı fərziyyəsini 1984-cü ildə erməni astronom irəli sürmüşdü. O, abidənin 7500 illik qədim  erməni rəsədxanası olduğunu iddia edirdi. Lakin erməni alimlərin özləri də  oradan tapılan tapıntıların bu qədər qədim olmadığını qəbul edirlər. Ermənilər hər il İrəvandan buraya gələrək, İngiltərədəki “Stuonhenc” də olduğu kimi qış və yay gündönümlərini qeyd edirlər. Saxtakar erməni alimləri dünyanı inandırmağa çaılışırlar ki,  bu daşlar vasitəsilə əcdadları ayı və günəşi müşahidə edirmişlər.

Qoşundaş abidəsinin rəsədxana olmadığını göstərən əlamətlərdən biri də,  abidənin elə də hündürdə yerləşmədiyi və çox vaxt dumanla örtülü olmasıdır. 1990-cı illərin sonlarından başlayaraq Qoşundaşın adı ermənilər tərəfindən dəyişdirilir və “Karahunc” adlandırılır.

2014-cü ildən ermənilər ərazidə arxeoloji qazıntılar aparır abidənin əsas təyinatı ilə bağlı arxeologiya həvəskarları və  arxeoloqlar arasında mübahisələr olur.  Bu dəfə ərazidə qazıntılar aparan arxeoloqlara hücum çəkən ermənilər  qazıntıların dayandırılmasını və “tarixlərinin” təhrif edilməməsini tələb edirlər.

Son aparılan qazıntılara görə, Qoşundaşda 35 böyük qəbir aşkar edilib. Onlardan çoxu isə qarət məqsədilə artıq  dağıdılmışdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər