01.12.2025, 10:46
AZ EN
01.12.2025, 10:13 3

Laçın rayonu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub

YAZILAR
  • Bu gün Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biri olan Laçın rayonunun Ermənistanın işğalından azad edilməsinin növbəti ildönümüdür. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın rayonu heç bir döyüş aparılmadan sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarılıb. Bu hadisə ölkənin ərazi bütövlüyünün bərpası baxımından mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Laçın rayonuna Ermənistanın 28 illik işğalı nəticəsində 8 milyard dollardan artıq ziyan dəyib.

 Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur.

V.Bayramov qeyd edib ki, 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir: "Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskulaşmaya start verildi və hazırda azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.  2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə məskunlaşan ailələrin sayı 10 min 270-ə çatacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.

Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpa edilir və Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunur.  Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə, ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf, 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Göründüyü kimi, böyük iqtisadi potensiala malik olan Laçın rayonu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Çoxsaylı təbii ehtiyatlar ilə yanaşı, Laçın həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurun, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq".

Deputatın sözlərinə görə, rayonun bərpası istiqamətində genişmiqyaslı işlər görülür və Laçının əvvəlki inkişaf səviyyəsindən də üstün bir şəhərə çevrilməsi hədəflənir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər