23.04.2025, 14:34
AZ EN
23.04.2025, 09:11 211

Azərbaycan-Çin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib

YAZILAR
  • Azərbaycan və Çini siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar sıx birləşdirir. Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri, habelə bu ölkənin hökumət heyətlərinin respublikamıza səfərləri dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. Həmşinin, hökumət nümayəndələrinin, iqtisadi qurumlarının və biznes icmalarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar iqtisadi-ticari münasibətləri daha da irəliyə aparıb. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında siyasi-ictimai, ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da artmasına səbəb olub.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində iki ölkə arasında qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulması barədə mühüm mesajlar verərək Çinlə münasibətlərin mənzərəsini bir daha aydın təsəvvür etdi. Dövlətimizin başçısının uzaqgörən baxışlarına uyğun olaraq imzalanmış Birgə Bəyannamə iki ölkənin ümumi maraqlarının müdafiəsi, eləcə də regional və qlobal sülh, sabitlik və inkişaf istiqamətində birgə fəaliyyət üçün yeni imkanlar açıb və mövcud potensialı daha da gücləndirib. Hər iki ölkə strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində gücləndirir.

A.Hüseynovun sözlərinə görə, ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsi 2024-cü ildə 3 milyard 744 milyon dollar təşkil edib. Çin xarici ticarət balansında idxalın həcminə görə, Azərbaycanın birinci tıərəfdaşı olub. Belə ki, ötən il bu ölkədən idxal olunmuş malların həcmi 3,7 milyard dollar təşkil edib, Azərbaycanın Çinə ixracı təxminən 25 milyon dollara bərabər olub. 2025-ci ilin birinci rübündə ticari dinamika daha da artıb və ötən ilin eyni dövrünə nisbətən 37 faiz çoxalaraq 1,02 milyard dollar təşkil edib. Ümumilikdə, Çin Azərbaycanın 5 böyük ən böyük ticarət tərəfdaşından biri olmaqla 4-cü yerdə qərarlaşır. Cənubi Qafqazda isə birinci tərəfdaşıdır. Çinin bu region ölkəlıəri ilə cəmi ticarət mübadiləsinin 70 faizə yaxını Azərbaycanın payına düşür. 

Millət vəkili deyib ki, ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyev bunu bir daha xatırlatdı ki, 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına investisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib və bu dəhlzidə öz layiqli yerini alıb. Bir sözlə, Azərbaycan və Çin qlobal səviyyədə yeni imkanları səfərbər etməklə əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Günel QULİYEVA

Oxşar xəbərlər