22.11.2024, 08:30
AZ EN
12.01.2023, 18:32 117

Ədalət Verdiyev: “Azərbaycan öz zirehli vasitələrinin istehsalı üçün kifayət qədər gücə və potensiala malikdir”

YAZILAR
  • “Məlum olduğu kimi, son zamanlar dünyada baş verən münaqişələr kifayət qədər ciddi sayda silah və sursatların sərf olunması ilə nəticələnib.  Prezidentin də vurğuladığı kimi, bu səbəbdən dünya bazarında hazırda boşluqlar mövcuddur. Bu boşluğu doldurmaq üçün Azərbaycan müdafiə sənayesinin inkişafına vəsait ayırıb”.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında səsləndirib.

O, qeyd edib ki, hazırda dünya silah bazarında ehtiyac duyulan hərbi təyinatlı məhsullar əsasən pilotsuz uçuş aparatlarının müxtəlif versiyaları, idarəolunan silah sistemi və radioelektron mübarizə vasitələridir: “Azərbaycan bu sahədə daha çox İsrail və Türkiyə ilə əməkdaşlıq edir. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan pua və idarəolunan sursatların dünya bazarına çıxarılmasında uğurlu nəticələr əldə edə bilər”.

Ekspert hesab edir ki, Azərbaycan öz zirehli vasitələrinin istehsalı üçün kifayət qədər gücə və potensiala malikdir. Bu sistem, münaqişələr zamanı zərurət duyulan sistemlərdən biridir: “Ölkəmiz artıq dünya silah bazarına daha çox pilotsuz silah vasitələri, avtomatik silahlar, zirehli silahlar, antimaterial silahlar çıxarmaq iqtidarına sahibdir. Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız isə idarəolunan silahların, o cümlədən aviasiya bombaların da ixracına imkan verə bilər”, - deyə ekspert vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR