18.05.2025, 10:48
AZ EN
22.08.2023, 13:29 303

“İlyas Hüseynov: “Ermənistan nə qədər gərginliyin yüksəldilməsinə çalışsa da, prosesləri Azərbaycan təmkinlə və səbrlə idarə edir”

YAZILAR

“Atəşkəsin mütəmadi olaraq pozulması Ermənistanın təxribata hazırlaşdığını göstərir”. Bunu politoloq İlyas Hüseynov “Real”TV-yə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, xüsusən Naxçıvan Muxtar Respublikası Ermənistan-Azərbaycan şərti sərhədini və müvəqqəti olaraq ərazilərimizdə yerləşən Rusiya sülhməramlıların olduğu bölgədə atəşkəs rejimi pozulmaqdadır. İlyas Hüseynov bu təxribatların səbəbini Azərbaycanın artmaqda olan nüfuzu ilə əlaqələndirib: “Bunun əsas səbəbi Azərbaycanın perimetiv tədbirlər həyata keçirməsi, antiterror əməliyyatlarına başlaması və  yeni eskalasiya görüntüsünü yaratmaq üçün erməni siyasi təbliğatının işə düşməsidir. Xüsusilə BMT Təhlükəsizlik Şurasında istədiklərinə nail olmadıqdan sonra yeni  eskalasiya olarsa,  yenidən Ermənistan Fransanın dəstəyi ilə Təhlükəsizlik Şurasının iclasını çağıracaqdır. Digər tərəfdən, qeyd etməliyik ki,  xüsusilə Azərbaycan ərazisində qeyri-qanuni silahlı birləşmələrin yerdəyişməsi ratasiyası baş verir. Bununla yanaşı olaraq, fortifakasiya qurğularını inşa etməyə cəhdlər göstərir. Bunun isə qarşısı uğurla alınır. Kənd təsərrüfatı işləri adı altında da biz səngər qazıldığını,  mühəndis-istehkam işlərinin aparıldığını müşahidə etdik”.

Politoloqun sözlərinə əsasən, Ermənistanın bu təxribatlarının  arxasında dayanan qüvvələr də var. Necə ki, İrəvan həmişə himayədarları ilə sinxrom hərəkət edir, bu təxribatları da təşfiq edən tərəflərin müdaxiləsi istisna edilmir.

Rəsmi Bakının belə separatçı davranışlara necə cavab verəcəyinə isə İlyas Hüseynov aydınlıq gətirib: “Ermənistanın təxribatının arxasında duran qüvvələr də var. Onlar regionda  revanşizmin gücləndirilməsi, gərginliyin artırılması, Rus-Ukrayna qlobal savaşı kontekstində Cənubi Qafqazda da yeni bir cəbhənin açılması fikrindədirlər. Lakin Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin əsaslı tərəfdarıdır və bizim məqsədimiz məhz dinc, siyasi danışıqlar yolu ilə  Ermənistanla sülh müqaviləsinin imazalanmasıdır. Lakin belə görünür ki,  Ermənistanın artan təxribatların fonunda Azərbaycan da öz gücünü göstərməli olacaqdır və uzun müddətdir ki, antiterror əməliyyatlarının anonsu gedir. Lakin siyasi danışıqlar bir nəticə verməsə,  Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, anklavar və Qarabağ iqtisadi rayonu daxil Azərbaycana aid olmasını təsbit etdikdən sonra heç bir əməli praktiki addım atılmayacaq. Məhz hərbi müstəvidə məsələnin həlli aktuallaşacaqdır”.

Ərazilərimizdəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi artıq bir müddətdir ki, müşahidə olunur. Onların döyüş mövqelərini, şəxsi heyət-silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğuları hazırlaması və əraziyə minaların basdırılması qeydə alınıb. Hətta mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici  aviaşirkətlərin sərnişin təyyarələrinin CPS peyk noviqasiya sistemlərinə qarşı radiomaneələrin  tətbiqi yenidən intensivləşib.

Politoloq İlyas Hüseynov əmindir ki, Ermənistan nə qədər gərginliyin yüksəldilməsinə çalışsa da, prosesləri Azərbaycan təmkinlə və səbrlə idarə edir. Digər sözlə, vəziyyət tam Bakının nəzarəti altındadır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər