"Aydınlaşdı ki, pisdən də pis olarmış....fikirləşirdik ki, Hadrutu və Şuşanı geri almaq,"arsaxın statusunu" möhkəmləndirmək mümkündür", - deyə sərsəm fikirlərini paylaşan bu qadın Ermənistanda peşəkar və nüfuzlu media rəhbəri kimi tanınsa da onun beynəlxalq qanunlardan tam xəbərsiz olması özünü məhz bu yazısında da aydın göstərir.
Rus əsgərlərinin onların əvəzinə daha vuruşmayacağını, beynəlxalq təşkilatların isə bəyanatlarla kifayətlənəcəyini özünə xas ədəbi üslubla vurğulayan müəllif Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi kimi qanuni fəaliyyətini də qəbilə təfəkkürü ilə bildirən spiker qaynanası çıxış yolunu hamının birləşərək müharibə etməsində görsə də, etiraf edir ki, ölkədə qorxaqlıq hökm sürür və ermənilərin evini yıxan da məhz bu amildir.
Xatırladaq ki, Armine Ohanyan yazılarında dəfələrlə vurğulayıb ki, ermənilər anadan qorxaq və qara taleli doğulurlar. Bu inkaredilməz həqiqətdir. Bəs, belə olduğu halda nə üçün uydurma, saxta xülyalardan əl çəkə bilmirlər sualının cavabı isə onun sözləri ilə desək, başqalarına ümid etmələridir. Bu baxımdan bir el məsəli də yada düşür: başqalarına ümidli olan şamsız qalar.
Nəsib Qaramanlı