"Vətən səsi" xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarına yönəldilən investisiyaların həcmində xüsysilə Qarabağ bölgəsinə aid rayonlarda investisiya axını daha qabarıq görünür. Rekord artım göstəriciləri respublikanın bütün rayon və şəhərlər üzrə 17 bölgəni əhatə edib. Reytinq cədvəlinə görə, investisiya artımı ilə bağlı göstəricilərdə işğaldan azad olunmuş ərazilər sırasında birinci yerdə Xankəndi şəhəri qərarlaşıb. Xankəndidə investisiya artımı 120 milyon 388 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Ağdərə rayonunda isə bu göstərici 27 milyon 392 min manat (və ya 3,5 dəfə) təşkil edib.
Xocalı rayonu da investisya yatırımının həcminə görə respublikanın öndə olan bölgələri sıərasındadır. Belə ki, bu ilin 9 ayında Xocalıda ümumi dəyəri 47 milyon 119 min manat olan investiya layihələri həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Elxan SALAHOV