Zəngilanın Ağalı kəndində təşkil olunan konfransda Baş prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak ediblər.
Dövlət qurumları və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan şanlı Qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışından danışılıb, ötən 30 ildə onların pozulmuş hüquqlarının bərpası istiqamətində müzakirələr aparılıb. (AZƏRTAC)