Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov deyir ki, hazırda meyvə bağında 30 nəfərə yaxın işçi çalışır. Gələcəkdə bağbanların sayının daha da çox olmasına çalışacağıq.
Meyvə bağında hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya, ikisi isə yerli növdür. Sahədə müasir suvarma sistemlərindən istifadə olunur. Gələcəkdə 60 hektar sahədə də, ərik ağaclarının becərilməsi planlaşdırılır.
Meyvə bağında əriklə bərabər digər ağacların da becərilməsi düşünülür. Həkəri və Bərguşad çaylarının əraziyə yaxın olması isə suvarma sistemində yaranacaq çətinlikləri aradan qaldırmaq üçün əla fürsətdir.
Qeyd edək ki, Ağalıda becərilən ərik gələn aydan bazarlara çıxarılacaq.
Hazırladı: Mina RƏŞİD