18.07.2025, 00:26
AZ EN
17.07.2025, 14:59 218

Cəbrayıl könüllüləri doğma şəhərlərinə səfər ediblər

ŞƏRQİ ZƏNGƏZUR
  • Səfər çərçivəsində “Qayıdış Könüllüləri” Proqramının "Cəbrayıl könüllüləri" qrupunun təqdimatı keçirilib.

Daha sonra könüllülər işğaldan azad olunmuş və həyatın yenidən canlandığı Cəbrayıl şəhərini gəzərək sakinlər üçün yaradılan şəraitlə tanış olublar.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllülərlə görüşərək şəhərdə aparılan bərpa-quruculuq işləri və həyata keçirilən layihələr haqqında məlumat verib, sualları cavablandırıb, gənclərin təkliflərini dinləyib. Səfərin sonunda könüllülər Cəbrayıl rayonunun tarixi-mədəni simvollarından biri olan Xudafərin körpüsünü ziyarət ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR