10.03.2025, 19:14
AZ EN
10.03.2025, 15:47 212

Laçında AZAL ilə birgə əmək yarmarkası keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası təşkil olunub. Yarmarkada bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib. (AZƏRTAC)

Oxşar xəbərlər