29.03.2024, 12:32
AZ EN
23.05.2022, 14:11 341

Zəngilanda meşə salınmasının ikinci mərhələsi başa çatır

ŞƏRQİ ZƏNGƏZUR

Zəngilan rayonunda ümumi sahəsi 200 hektara yaxın meşə sahəsinin salınması nəzərdə tutulur. Bunu “Yağmur-2” şirkətinin satınalmalar üzrə direktor müavini Rauf Quliyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər mərhələli şəkildə aparılır və hazırda layihənin ikinci mərhələsi başa çatmaq üzrədir ki, onun çərçivəsində 60 hektara yaxın sahədə əkin aparılıb.
“Biz əkilmiş ağacların, eləcə də mövcud meşə sahəsinin suvarma sistemlərinin yaradılmasını həyata keçiririk. Zəngilanda ağacəkmə işləri mərhələli şəkildə həyata keçirilir, ikinci mərhələnin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Əsasən, iynəyarpaqlı ağaclar, sərv, şam və s. əkilir. Analoji işlər Cəbrayıl rayonunda da aparılır”, - deyə Rauf Quliyev qeyd edib.  (APA)

Oxşar xəbərlər